logo

Təhsil naziri:Şagirdlər sinifdə qalmayacaq,onlar sinifdən-sinfə keçəcəklər

11:49 30-10-2020 | icon 12726
Təhsil naziri:Şagirdlər sinifdə qalmayacaq,onlar sinifdən-sinfə keçəcəklər

Distant tədrislə hər bir şagird öz təhsilini davam etdirir. Ona görə də şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil. Onlar sinifdən-sinfə keçəcəklər.

 YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, ölkədə distant təhsilə keçid olunmur. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar alternativ tədris forması kimi distant tədris forması seçilib.