logo

Dekabrın 1-dək bütün təhsil müəssisələrində tədris onlayn aparılacaq

11:29 30-10-2020 | icon 11452
Dekabrın 1-dək bütün təhsil müəssisələrində tədris onlayn aparılacaq

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, bununla əlaqədar baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.