Diqqət: bu adla saxta dərman var - Video
Sosial şəbəkələrdə “Essensial forte” dərman vasitələrinin kapsullarının içərisinin boş olduğuna dair video yayılıb. Dərman kapsullarının boş olması zaman-zaman gündəmə gəlir və əhalinin narahatlığına səbəb olur.
Məsələ ilə bağlı danışan tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Səhiyyə Nazirliyinin keyfiyyət parametrlərini yoxlamaqla məşğul olan xüsusi qurumu var:
“Saxta dərman preparatlarının yoxlanması bilavasitə həmin quruma aiddir. Əslində, kapsul dərman əlavəsidir. Bunlar dərmanı qorumaq üçün olan vasitədir. Kapsul elə maddələrdən istehsal olunur ki, mədədə həzm oluna bilsin. Bəzi kapsullar onikibarmaq bağırsaqda həzm olunur. Kapsulun təyinatı dərman vasitəsinin həzm üzərindən ötürülməsini təmin etməkdir. Bir kapsulun boş olması məhsulu istehsal edən firmanın deffekti ola bilər. Bir neçə kapsul və ya ümumiyyətlə, bir neçə qutu dərman boşdursa, bu artıq ciddi problemdir və mütləq şəkildə araşdırılmalıdır. Bu dərmanların istehsalı prosesi adətən robotlar vasitəsilə həyata keçirilir. Buna görə də kapsulların boş olması və digər səhvlərə yol verilməsi ehtimalı çox aşağıdır”.
Ekspertin sözlərinə görə, saxta kapsullar faydasızdır və insan səhhətində fəsadlar yarada bilər:
“Essensial forte” geniş istifadə olunan dərmanlardan biridir. Ola bilər ki, həmin dərman geniş yayıldığına görə onun saxta variantları da qanunsuz şəkildə istehsal olunsun.
Bu kapsulların boş olması onu göstərir ki, həmin dərman saxtadır. Saxta kapsulların istehsalı zamanı tərkibində istifadə edilən maddələrdən asılı olaraq, insan sağlamlığına müxtəlif zərərli təsirlər göstərə bilər”.
Qeyd edək ki, bir çox səhiyyə işçisi Hindistan, Pakistan kimi ölkələrdən saxta dərman mallarının idxal olunduğunu və Avropa məhsulu adı ilə əhaliyə satıldığını iddia edir. Axar.az
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub