logo

Azərbaycanda koronavirus anti-rekord vurur:1015 yeni yoluxma, 9 ölü

16:10 29-10-2020 | icon 1659
Azərbaycanda koronavirus anti-rekord vurur:1015 yeni yoluxma, 9 ölü

Azərbaycanda koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, daha 483 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 9928 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 331 min 287 test aparılıb. Bugünkü test sayı isə 11813-dür.