logo

Xarici diplomatlar Bərdədə erməni terroru ilə tanış olurlar

11:30 29-10-2020 | icon 2408
Xarici diplomatlar Bərdədə erməni terroru ilə tanış olurlar

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər.

YeniAvropa xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.