XİN ermənilərin Bərdəyə raket hücumu ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, bəyanatda deyilir: “Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.
Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirir.
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.
Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cinayətə görə baş nazir və müdafiə naziri də daxil olmaqla, Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.
Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir.
Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.
Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək”.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib