logo

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

16:35 28-10-2020 | icon 1666
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.

 YeniAvropa xəbər verir ki, bunu prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib.