logo

Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

14:54 28-10-2020 | icon 1624
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16°, gündüz 19-21° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.