logo

Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutub

14:03 28-10-2020 | icon 1750
Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutub

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Şəhərin mərkəzinə düşən raketlər nəticəsində ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.