logo

Pərviz Şahbazov:Ermənistan Avropanın enerji təhlükəsizliyinə təhdid yaradır

13:47 28-10-2020 | icon 2177
Pərviz Şahbazov:Ermənistan Avropanın enerji təhlükəsizliyinə təhdid yaradır

Ermənistanın təcavüzkar mövqeyi regionunun, eləcə də Avropanın enerji təhlükəsizliyinə təhdid yaradır.

YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov oktyabrın 28-də onlayn keçirilən Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.

Nazir bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti təxribata əl atıb və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatına başlayıb. Təcavüzkar ölkənin bu addımı Azərbaycanın enerji təhlükəsizliyinə təhdiddir.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Azərbaycan ərazilərinin işğaldan tamamilə, dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında tələblərin təsbit olunduğu 4 qətnaməsini yerinə yetirməkdən imtina edir. Azərbaycan isə əks-həmlə əməliyyatları ilə bu vaxta kimi icra olunmayan BMT qətnamələrini icrasını həyata keçirir”, - deyə o, qeyd edib.

Energetika naziri vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Beynəlxalq Enerji Xartiyası Forumu Beynəlxalq Enerji Xartiyası və Azərbaycanın Energetika Nazirliyinin əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpaolunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda keçirilir. Forumda bərpaolunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçirilir, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdırılacağı müzakirə olunur.

Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edir.