logo

Milli Məclisin deputatları Moldovada prezident seçkilərini izləyəcəklər

12:30 28-10-2020 | icon 1526
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini izləyəcəklər

Milli Məclisin bir qrup deputatı noyabrın 1-də Moldovada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da bu ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsibdən bildirilib.Qeyd edilib ki, Milli Məclisin sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, deputat Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçki prosesinin gedişini müşahidə edəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.