logo

Düşmən hücumu nəticəsində 69 mülki şəxs qətlə yetirilib,322 nəfər yaralanıb

11:55 28-10-2020 | icon 1575
Düşmən hücumu nəticəsində 69 mülki şəxs qətlə yetirilib,322 nəfər yaralanıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

YeniAvropa xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 338-dir