logo

İran parlamentinin sədri koronavirusa yoluxub

10:51 28-10-2020 | icon 2142
İran parlamentinin sədri koronavirusa yoluxub

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə spiker "İSNA" agentliyinə müsahibəsində deyib. M.B.Qalibaf bildirib ki, parlamentin aparatında əməkdaşların biri virusa yoluxub və digərlərini də bilmədən yoluxdurub.

Spiker deyib ki, test verib və nəticədə onun da virusa yoluxduğu aşkar edilib. Hazırda karantin rejimində olan spiker videokonfrans vasitəsilə vəzifəsini icra edir.