logo

Daha bir şagird düşmən təcavüzünün qurbanı olub

09:11 28-10-2020 | icon 1645
Daha bir şagird düşmən təcavüzünün qurbanı olub

Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-si saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində daha bir şagird düşmən təcavüzünün qurbanı olub.

Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.