logo

Müdafiə Nazirliyi:Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

20:48 27-10-2020 | icon 1596
Müdafiə Nazirliyi:Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhəboyu humanitar atəşkəs rejiminə əməl edir.