logo

Çavuşoğlu Lavrovla Dağlıq Qarabağı müzakirə etdi

19:49 27-10-2020 | icon 2198
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.