logo

Kəlbəcərin təbii ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək

17:57 27-10-2020 | icon 2100
Kəlbəcərin təbii ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək

Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdir.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları-130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10927 min m3 mişar daşı,1312 min m3 gil, 2540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 /gün mineral su, 12428 min m3 tikinti daşı, 1901 min m3 üzlük daşı və 4473 min m3 sement xam malı mövcud olub.

“Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin aerofoto şəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar vəhşicəsinə istismar edilib”,-deyə xidmət rəisi vurğulayıb.

Ə.Əliyev qeyd edib ki,işğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək.