logo

Ermənistanın sabiq baş naziri: "Paşinyan hökuməti istefaya getməlidir!“ 

17:10 27-10-2020 | icon 2163
Ermənistanın sabiq baş naziri: "Paşinyan hökuməti istefaya getməlidir!“ 

Ermənistanın ilk baş naziri(1990-1992), ölkənin ikinci müdafiə naziri olmuş (1992-1993) və Milli Demokratik Birlik Partiyasının sədri Vazqen Manukyan Ermənistan hökumətini istefaya çağırıb.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, V.Manukyan bu barədə hökumətə ünvanladığı müraciətində bildirib.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır.

Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik",-deyə Manukyan sözlərinə əlavə edib.

Xatırladaq ki, müzəffər Ordumuz qarşısında məğlub olan Ermənistanda daxili vəziyyət gərginləşməkdə davam edir. Nikol Paşinyan demək olar ki, hər gün çıxışlarında uduzduqlarını xalqa etiraf edir. Aciz durumda qalan baş nazir qadınları belə döyüşə çağırır.

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Onlar diplomatik cəbhədə necə və nə zaman məğlub olduqlarını başa düşmək üçün müharibənin başa çatmasını gözləyirlər.

Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır. Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməyə hesablanıb.