logo

İran prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

16:22 27-10-2020 | icon 1603
İran prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Arakçi Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadəyə istinadla yayıyan məlumatda bildirlir ki, səfərin məqsədi Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs irəli sürməkdir.

Qeyd edilir ki, Abbas Arakçi  Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə İran prezidentinin xüsusi nümayəndəsi statusunda regiona səfər edəcək. 

Səfər çərçivəsində onun İranın Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrinə də baş çəkəcəyi də bildirilir.