logo

MN: PUA-mızın Ermənistan sərhəd zastavasını vurulması xəbəri yalandır

13:28 27-10-2020 | icon 1610
MN: PUA-mızın Ermənistan sərhəd zastavasını vurulması xəbəri yalandır

Ermənistanın bu gün guya Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,  Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.