logo

Azərbaycanda daha 527 nəfər  koronavirusa yoluxdu, 8 nəfər öldü

16:29 26-10-2020 | icon 1470
Azərbaycanda daha 527 nəfər  koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, daha 131 nəfər sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 50 min 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 298 min 348 test aparılıb. Bugünkü test sayı isə 6814-dür.