logo

Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

09:21 26-10-2020 | icon 1778
Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və onun kəndlərini atəşə tutmağa başlayıblar.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

“Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”, - deyə Hikmət Hacıyev əlavə edib.