logo

Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirib Şuşada yerləşdirir

08:11 26-10-2020 | icon 1624
Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirib Şuşada yerləşdirir

Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, Ermənistan tərəfi terror qruplarını Dağlıq Qarabağın Şuşa bölgəsinə yerləşdirib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata əsasən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsas məqsədlərinin, Azərbaycan Ordusunu çaşdırmaq və terroristlər öldüyü zaman onları Azərbaycan tərəfində də vuruşan suriyalı terrorçu kimi qələmə verməkdir.

Qeyd edək ki, əsir götürülən erməni hərbçi Albert Mikayelyan müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.