logo

Bu gündən Azərbaycan və Ermənistan arasında növbəti atəşkəs elan olunur

01:02 26-10-2020 | icon 1876
Bu gündən Azərbaycan və Ermənistan arasında növbəti atəşkəs elan olunur

Azərbaycan Respublikası və Ermənistan Respublikası oktyabrın 26-i yerli vaxtla saat 08:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "TASS" informasiya agentliyi məlumat yayıb. Qeyd edilib ki, atəşkəs  barədə razılıq Azərbaycan və Ermənistan  XİN başçılarının oktyabrın 24-də Vaşinqtona səfəri zamanı  əldə olunub və bununla bağlı  ABŞ, Azərbaycan və Ermənistanın müvafiq birgə bəyanatı qəbul edilib.