logo

Paytaxtda 554 küçə dezinfeksiya edilib

14:47 25-10-2020 | icon 1869
Paytaxtda 554 küçə dezinfeksiya edilib

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabrın 24-ü və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə artıq 15-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, görülən bu işlər paytaxt sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.