logo

Rüstəm Orucov “Böyük Dəbilqə”nin mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

11:15 25-10-2020 | icon 308
Rüstəm Orucov “Böyük Dəbilqə”nin mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm.

YeniAvropa xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində böyük uğura imza ataraq qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən Olimpiya mükafatçısı qürurla əsgər salamı verib.