Mnatsakanyan "CNN"də özünü və ölkəsini biabır etdi
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.
YeniAvropa xəbər verir ki, müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur. Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini diqqətə çatdırır.
Mnatsakanyan isə beynəlxalq hüquq müstəvisindən deyil, sadəcə, boş fikirlər səsləndirir və guya dinc ermənilərin müharibə zamanı qətlə yetirildiyini bildirir. Elə həmin anda Gəncədə mülki obyektlərə atılan atəş nəticəsində dağılmış evlərin görüntüsü yayımlanır. Bu, erməni nazirin uydurma iddialarına ən tutarlı cavab olur.
Aparıcı yenidən BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını səsləndirir və 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul olunduğunu xatırladaraq, sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və azərbaycanlı əhalinin öz evlərinə geri qayıtmasının tələb olunduğunu qeyd edir.
Kristin Amanpur daha sonra baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatına istinad edərək bunun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətindən xəbər verdiyini deyir və bu millətçi açıqlamanın nəyə hesablandığını soruşur. Erməni nazirin suala konkret cavab vermədiyini görən aparıcı xanım Amanpur bir daha “Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?” sualını verir. Müsahibə boyu cavablarında obyektiv yanaşma sərgiləməyi bacarmayan nazir bu suala cavabında da Paşinyan fikirlərinin gah kontekstdən çıxarıldığını dedi, gah da dolayısı yolla bu açıqlamanın beynəlxalq hüquqa zidd olduğunu etiraf etmiş oldu.
Bu müsahibə bir daha göstərdi ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın iddialarının heç bir hüquqi əsasının olmadığını qəbul edir və bu ölkənin işğalçılıq siyasətinə son qoymasını tələb edir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinə və BBC-nin müxbiri Conah Fişerə müsahibələrində də beynəlxalq hüququ tapdadıqlarını, aqressiv siyasət yürütdüklərini nümayiş etdirmişdi.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq