logo

Qırıcılarımız düşmənin hərbi texnikasını və infrastrukturunu məhv edib

18:57 24-10-2020 | icon 1673
Qırıcılarımız düşmənin hərbi texnikasını və infrastrukturunu məhv edib

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməkdə davam edir.

Qeyd edək ki, düşmən Ağdam və Ağdərə-Tərtər istiqamətində yeraltı tunellər, beton istehkamlar və uzunmüddətli atəş nöqtələrindən ibarət olan bir neçə pilləli müdafiə xətti qurub. Son günlər Azərbaycanın döyüş aviasiyası bu hədəflərə intensiv zərbələr endirir.