logo

Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

15:47 24-10-2020 | icon 1813
Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, daha 220 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49 min 13 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 51 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 281 min 997 test aparılıb. Bugünkü test sayı isə 11353-dir.