Azərbaycan prezidenti “Le Figaro”ya Qarabağın gələcəyi barədə danışdı
Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük.
YeniAvropa xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Qarabağın gələcəyi ilə bağlı baxışından danışarkən səsləndirib.
Dövlət başçısı sözünə davam edərək deyib: “Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.
İki millətin, iki xalqın barışacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. “Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə prezident vurğulayıb.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ