logo

Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

08:32 24-10-2020 | icon 1575
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Vaşinqtona səfəri çərçivəsində oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. Görüşdə nazir Ceyhun Bayramov Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutduğunu və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyduğunu qeyd edib. Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.