logo

İranda daha 335 nəfər koronavirusdan öldü

17:13 23-10-2020 | icon 2086
İranda daha 335 nəfər koronavirusdan öldü

Son sutka ərzində İranda 6 min 134 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki,  bununla da ölkədə virusa yoluxanların ümumi sayı 556 min 891 nəfər, ölənlərin sayı isə 31 min 985-ə çatıb.

Müalicəsi davam edən 4 min 933 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 446 min 685 nəfər sağalaraq evə buraxılıb. İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.