logo

Sinoptiklərdən güclü külək xəbərdarlığı

16:55 23-10-2020 | icon 1715
Sinoptiklərdən güclü külək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 metr/saniyə olacağı, saniyədə arabir 20 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, oktyabrın 24-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.