logo

Xəzər dənizində zəlzələ olub

11:05 23-10-2020 | icon 2282
Xəzər dənizində zəlzələ olub

Oktyabrın 23-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb.

Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.