logo

Ermənilərdən öz əsgərlərinə qarşı vandalizm-cəsədləri toplu halında ekskavatorla basdırırlar

22:47 22-10-2020 | icon 1876
Ermənilərdən öz əsgərlərinə qarşı vandalizm-cəsədləri toplu halında ekskavatorla basdırırlar
Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti davam etdirməsi və Azərbaycan Ordusunun rəşadətli qələbələri hər gün Qarabağda yüzlərlə erməni gəncinin ölümü  ilə nəticələnir.
Xalqın qızıbindən qorxan Paşinyan hakimiyyəti isə Qarabağda ölən əsgərlərin sayını gizlətməyə çalışır. Qeyri-rəsmi məlumata görə, otən 25 gündə  Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbçilərinin sayı 5 min nəfəri ötür.  Odur ki, Ermənistan ordusunun rəhbərliyi Qarabağda döyüşdə məhv edilmiş erməni əsgərlərinə qarşı vandalizm hərəkətlər həyata keçirməkdən çəkinmir. 
.
YeniAvropa xəbər verir ki, bu barədə ermənilərin özlərinin sosial şəbəkədə yaydığı video sonradan YouTube kanalına da düşüb.  Videoda Qarabağda məhv edilmiş erməni əsgərlərini daşıyan yük maşınından meyitlər ekskavatorla dərin xəndəkə atılaraq basdırılır.
Həmin görüntüləri təqdim edirik: