logo

ABŞ-ın NATO-dakı səfiri: Qarabağ məsələsini Azərbaycanın sərhədləri çərçivəsində həll etmək lazımdır

12:30 22-10-2020 | icon 1834
ABŞ-ın NATO-dakı səfiri: Qarabağ məsələsini Azərbaycanın sərhədləri çərçivəsində həll etmək lazımdır

Şimali Atlantika Alyansı da ABŞ və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa cəhd göstərir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu sözləri ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison virtual keçirilən mətbuat konfransında səsləndirib. 

“Bu problem 30 ildir ki, uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir ki, erməni əhali də həmin sərhədlər çərçivəsində mövcud ola bilər. Bunu həll etmək mümkündür və o halda münaqişə başa çatacaq”,-deyə ABŞ diplomatı vurğulayıb. 

"Bununla belə, biz hər iki tərəfi zorakılığı dayandırmaq, qətli dayandırmaq yollarını müzakirə etməyə çağırırıq”, - deyən səfir bildirib.