logo

İranda koronavirusdan daha 312 nəfər öldü

11:47 22-10-2020 | icon 2303
İranda koronavirusdan daha 312 nəfər öldü

Son sutka ərzində İranda 5 min 616 nəfər koronavirusa yoluxub, 312 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 545 min 286 nəfər, ölənlərin sayı isə 31 min 346-ə çatıb.

Müalicəsi davam edən 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 438 min 709 nəfər sağalaraq evə buraxılıb.

İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.