logo

Azərbaycan “İti qovan” PUA-larının  seriyalı istehsalına başlayıb

10:54 22-10-2020 | icon 2261
Azərbaycan “İti qovan” PUA-larının  seriyalı istehsalına başlayıb

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə MSN-dən bildirilib. Qeyd edilib ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.