logo

NATO baş katibi Ermənistan prezidentinə "YOX!" dedi

22:45 21-10-2020 | icon 364
NATO baş katibi Ermənistan prezidentinə "YOX!" dedi

NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçiriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, - deyə NATO baş katibi bildirib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.