logo

Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır

22:10 21-10-2020 | icon 1743
Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır

Türkiyənin vitse-prezidenti Fuad Oktay çərşənbə günü Ankaranın Qarabağ münaqişəsinə dəstək məqsədilə Azərbaycana hərbçilər göndərməyə hazır olduğunu bəyan edib.

 YeniAvropa xəbər verir ki, bu barədə F.Oktay jurnalistin müvafiq sualına cavab olaraq "CNN Turk" telekanalına müsahibəsində deyib.

"Bizim prezident Tayyib Ərdoğan Dağlıq Qarabağda vəziyyətin yeni gərginləşdiyi ilk gündən bunu bəyan edib. Türkiyə tərəddüd etmir, prezidentimiz bu məsələdə tərəddüd etmir",-deyə Fuad Oktay vurğulayıb.