Çirkli pullarla mübarizəyə dair Koordinasiya Şurası yaradılıb
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamına əsasən, Nazirlər Kabinetinə həmin Fəaliyyət Planının icrası ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılıb.
Azərbaycan Respublikası baş nazirinin müavininin sədrliyi və aidiyyəti orqanların iştirakı ilə yaradılmış Koordinasiya Şurasının əsas məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 1-ci Tövsiyəsinin (Risklərin qiymətləndirilməsi və risk yönümlü yanaşmanın tətbiqi) tələblərinə uyğun olaraq milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkar edilmiş risklərin azaldılması istiqamətində addımların atılmasından ibarətdir.
Koordinasiya Şurasının yaradılmasında digər hədəf isə Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2021-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır.
Həmçinin Koordinasiya Şurasının yaradılması PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcud çağırışlara vaxtında cavab verməyə, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək edəcək.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb