XİN: Ermənistan rəhbərliyi öz xalqını uçuruma sürükləyir
Ermənistanın baş naziri Nikol Paşinyan “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlama ilə çıxış edərək Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.
YeniAvropa xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks-həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu baş nazirin verdiyi bu açıqlamada aydın şəkildə görünür.
Humanitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərini heçə sayan Ermənistan rəhbərliyinin Moskvada xarici işlər nazirləri ilə həyata keçirilən məsləhətləşmələr, habelə Vaşinqtonda qarşıdan gələn görüşlər ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı uzun illərdir ki, işğalçı Ermənistan tərəfindən münaqişənin həll olunmaması ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir.
Azərbaycan tərəfi, öz növbəsində xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT TŞ-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Belə olduğu təqdirdə, bir tərəfdən işğalçı və münaqişənin diplomatik həllində maraqlı olmayan Ermənistan, digər tərəfdən isə əraziləri 30 ilə yaxın müddətdə işğal altında olan və beynəlxalq hüquq normaları çərçivəsində və BMT qətnamələri əsasında münaqişənin siyasi həllini dəstəkləyən Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirən dövlətləri müvafiq nəticə çıxarmağa dəvət edirik.
Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.
Münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək