logo

Səfir: “Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələ tezdir”

18:58 21-10-2020 | icon 1778
Səfir: “Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələ tezdir”

“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələlik tezdir. Ona görə ki, erməni tərəfi öz yanaşmalarında destruktivlik yanaşma nümayiş etdirir”.

 YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları ilə bağlı "TASS" agentliyinə müsahibəsində  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səsləndirib. 

Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşünün müzakirə olunub-olunmaması ilə bağlı suala cavablandıran səfir deyib: "Prezidentimiz, hörmətli İlham Əliyev qeyd etdiyi kimi, belə dəvət alınmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Əks tərəf yanaşmalarında destruktivlik nümayiş etdirir. Ona görə də, indi bu haqda danışmaq tezdir”.