logo

TƏBİB iddialara cavab verdi

18:30 21-10-2020 | icon 9212
TƏBİB iddialara cavab verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi-Cərrahiyyə Mərkəzində "KT" cihazının işlək olmaması barədə iddialara cavab verib. 

TƏBİB-dən YeniAvropa-ya bildirilib  ki, sosial şəbəkələrdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində vətəndaşların müayinəsi üçün lazım olan kompüter tomoqrafiyası(KT) cihazının işlək vəziyyətdə olmaması barədə müzakirələr aparılır. “Mərkəzdə texniki səbəblərdən cihazın işləməsində qısamüddətli nasazlıq yaranıb. İstehsalçı şirkətin texniki servis mühəndislərinin müdaxiləsi ilə tezliklə yaranan problemlər aradan qaldırılacaq. Zərurət yarandığı hallarda diaqnostik məqsədlər üçün digər tibb müəssisələrinin potensialından istifadə edilir”,-deyə məlumatda bildirilib.