logo

Paşinyan danışıqlardan imtina etdi və erməniləri silaha sarılmağa çağırdı

18:10 21-10-2020 | icon 1848
Paşinyan danışıqlardan imtina etdi və erməniləri silaha sarılmağa çağırdı

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolu yoxdur".

YeniAvropa xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində etdiyi canlı yayımda deyib.

"Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolu yoxdur", - deyə N.Paşinyan qeyd edib.

Ermənistan baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib. O, bütün erməniləri silaha sarılmağa və “axıra qədər döyüşməyə” çağırıb. 

"Onlar xüsusilə komandanlığın qarşılarına qoyacağı vəzifələri yerinə yetirməlidirlər", - deyə erməni baş nazir müraciətində bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı Ermənistan ordusunun əhəmiyyətli hissəsi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı məhv edilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri artıq döyüşə getməkdən imtina edir və mövqelərini tərk edirlər. Azərbaycan Ordusu sürətlə irəliləyir, işğal olunmuş kəndləri bir-birinin ardınca azad edir.