Ordumuz 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
Ötən ilk 24 gündə Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2,4 milyard dollardan çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin deputatı Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, Bir ölkənin müharibəyə başlaması üçün həmin ölkədə ilk növbədə siyasi sabitlik, sosial-iqtisadi stabillik, maddi resursların dayanıqlı və davamlı olması, eyni zamanda, həyat səviyyəsinin ən azından orta səviyyədə olması gərəkdir. Yalnız belə olan halda, ölkə müharibənin fəsadlarından az təsirlənə bilər. Bütün bu sadalananlara sahib ölkə hərbi bazasına hərtərəfli şəkildə müdafiəni və hücumu təmin edə bilməsi üçün əlavə vəsait ayıra bilər.
Ermənistan isə bu sadalananları əməli şəkildə yerinə yetirə bilməsi üçün kifayət qədər resursa malik deyil. Ölkə müstəqillik əldə edəndən sonra sosial-iqtisadi vəziyyətini heç kafi dərəcədə də bərpa edə bilmədi, nəticədə 2018-ci ildə Ermənistanda siyasi vəziyyət qarışdı və kütləvi çıxışlar, etiraz aksiyaları ölkənin bütün sahələrinə təsir etdi. Çünki, iqtisadi stabillik üçün ilk növbədə siyasi sabitlik əldə edilməlidir.
Nikol Paşinyanın baş nazirliyi dövründə xalqa sosial rifahı təmsil edən müxtəlif vədlər verildi, bu vədlərin çox kiçik bir qismi təmin edildi. Ekspertlərin fikrincə bu, istənilən nəticə vermədi və əhalinin gəlirlərində gözlənilən artım baş vermədi. Eyni zamanda, ölkə rəhbərliyi pandemiya ilə mübarizəyə adaptasiya ola bilmədi və bununla əlaqədar ölkə son 10 ilin ən ağır iqtisadi böhranını qədəm qoydu.
27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatları zamanı düşmənin mühüm hərbi texniki infrastrukturu məhv edildi. Belə ki, müharibənin ilk dörd günü ərzində ordumuz düşmənin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv etdi.
Vüqar Bayramovn sözlərinə görə, bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Bununla da artıq müharibənin ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurulub.
O qeyd edib ki, əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun ümumi daxili məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq.
Xatırladaq ki, 20 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikası geniş kütləyə bəyan edilib.
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama