logo

Ötən gün Ermənistan tərəfindən 6 şəhərimizə 498 mərmi atılıb

11:56 21-10-2020 | icon 1764
Ötən gün Ermənistan tərəfindən 6 şəhərimizə 498 mərmi atılıb

Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 20-də 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

Tərtər - 423 mərmi

Ağdam - 49 mərmi

Ağcabədi - 24 mərmi

Goranboy - 2 mərmi

Naftalan/Goranboy – “Smerç” raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, bir nəfər yaralanıb.