logo

Ermənistan xarici işlər naziri yenidən Moskva qapılarında

10:07 21-10-2020 | icon 1547
Ermənistan xarici işlər naziri yenidən Moskva qapılarında

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli səfərə gedib.  

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Agentliyin məlumatına görə, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu barədə öz “Facebook” səhifəsində status paylaşıb.

Qeyd edək ki, bundan əvvəl erməni tərəfi Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcəyi ilə bağlı məlumat yayıb. 

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulub.