logo

SOCAR Gürcüstanda sosial layihələrə 100 milyon dollar xərcləyib

22:10 20-10-2020 | icon 2114
SOCAR Gürcüstanda sosial layihələrə 100 milyon dollar xərcləyib

SOCAR Gürcüstanda sosial layihələrin reallaşdırılmasına 100 milyon dollara yaxın sərmayə qoyub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı SOCAR qarşısında xüsusi vəzifələr qoyub. SOCAR dövlət başçısının tapşırıqlarını yerinə yetirmək üçün xüsusi proqram hazırlayıb. Proqrama əsasən, qardaş və dost Gürcüstanda bir sıra sosialyönümlü layihələr həyata keçirilir: "Gürcüstanda xeyli sayda yeni məktəblər tikilib, bəziləri əsaslı təmir olunub, mədəniyyət ocaqları, uşaq bağçaları, idman kompleksləri inşa olunaraq insanların istifadəsinə verilib. Bu işlər təkcə azərbaycanlılar yaşayan bölgələrdə deyil, Gürcüstanın bütün bölgələrində həyata keçirilib. Proqram çərçivəsində işlər bundan sonra da uğurla davam etdiriləcək".

R.Abdullayev sosial layihələrin həyata keçirilməsində göstərilən dəstəyə görə, Gürcüstan hökumətinə də minnətdarlıq edib.