logo

Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb

16:53 20-10-2020 | icon 2611
Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb

Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımız bu gün Zəngilan şəhərində ucaldılıb.

YeniAvropa xəbər verir ki, hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (yeni adı Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.